Mingəçevirdən olan şəhid dəfn edilib

450 14-09-2022, 13:16 cemiyyet

Mingəçevirdən olan şəhid dəfn edilibErmənistanın Azərbaycanla sərhədinin Kəlbəcər istiqamətində törətdiyi təxribatın qarşısını alarkən şəhid olan, 30 iyun 2003-cü il təvəllüdlü Rzayev Tərlan Pərviz oğlu doğulduğu Mingəçevir şəhərində torpağa tapşırılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, Tərlan Rzayevin dəfn mərasimində hərbçi dostları, şəhər icra hakimiyyətinin rəsmləri, hüquq mühafizə orqanlarının rəisləri və minlərlə şəhər ictimaiyyəti iştirak edib.



Şəhid Mingəçevir Şəhidlər xiyabanında dəfn olunub.

XƏBƏR LENTİ