İtaliyada yağan güclü leysan nəticəsində azı 7 nəfər ölüb

İtaliyada yağan güclü leysan nəticəsində azı 7 nəfər ölübİtaliyanın şimal-şərqində yerləşən Ankona əyalətində güclü leysan yağışları daşqınlara səbəb olub.

Hadisə nəticəsində Marke bölgəsində 7 nəfər ölüb, 3 nəfər itkin düşüb. Yüzlərlə avtomobil və ev sel suları altında qalıb. Hazırda itkin düşənlərin axtarışları davam etdirilir. Bölgəyə Lombardiya, Abruzzo və Emiliya-Romanya regionlarından xilasetmə qrupları cəlb edilib.

Qapıları kilidə düşmüş avtomobillərin içərisində qalanların olduğu bildirilir. Ostra, Trekastelli və Barbara bölgələrində bəzi yerlərdə güclü sel avtomobilləri aparıb.

Şiddətli yağışlar Senigallia bölgəsindəki Misa çayının daşmasına səbəb olub. İki mindən çox əhalisi olan Pesaro Urbino əyalətinin Kantiano şəhərində küçələr, yollar suyun altında qalıb.

Bölgəyə bir neçə saat ərzində 420 millimetrdən çox yağıntı düşüb. Bu, bölgədə bir ildə yağan yağışın yarısı qədərdir. /Azərtac/

İtaliyada yağan güclü leysan nəticəsində azı 7 nəfər ölüb

  • 16-09-2022, 14:11
  • 326


Oxşar mövzular
«    Yanvar 2023    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MARAQLI