Neft bahalaşıb

1 183 22-09-2022, 12:01 iqtisadiyyat

Neft bahalaşıbAzərbaycan neftinin bir barelinin qiyməti 92,6 dollar olub

Dünya birjalarında neft bahalaşıb. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,54 dollar artaraq 90,37 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,49 dollar bahalaşaraq 83,43 dollar olub.

Azərbaycan nefti isə ucuzlaşıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,13 dollar azalaraq 92,6 dollar olub.

Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99) qeydə alınmışdı.

XƏBƏR LENTİ