NATO Baş katibi: "Rusiyaya təzyiqi artırmaq niyyətindəyik"

552 22-09-2022, 14:27 dunya

NATO Baş katibi: "Rusiyaya təzyiqi artırmaq niyyətindəyik"Stoltenberq NATO-nun Rusiya ilə qarşıdurmaya can almadığını deyib

“NATO ölkələri Rusiyaya təzyiqi artırmaq və yeni sanksiyalar tətbiq etmək niyyətindədir”.

Xeberdar.net xarici KİV-ə istinadən xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq deyib.

“Biz Rusiya nüvə qüvvələrinin hazırlıq vəziyyətində hələ ki heç bir dəyişiklik müşahidə etməmişik. Amma durumu diqqətlə izləyirik. NATO ölkələri özlərinə və Kiyevə silah tədarükünü artırmaq üçün hərbi-sənaye müəssisələrlə fəal danışıqlar aparır”, - o bildirib.

Baş katib vurğulayıb ki, Ukrayna üçün danışıqların nəticəsi onun döyüş meydanındakı uğurundan asılı olacaq: “NATO Rusiya ilə qarşıdurmaya can atmır. Biz ehtiyatsız nüvə ritorikasına əl atmayacağıq”.

XƏBƏR LENTİ