"Rusiyanın yeni əsgərləri "süngü üçün yağ" olacaq..."

488 29-09-2022, 10:36 dunya

"Rusiyanın yeni əsgərləri "süngü üçün yağ" olacaq..."Ukrayna prezidenti Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç Rusiya ordusuna cağırılanların yeni dalğası barədə ona bəlli olan məlumatları bölüşüb.

Moderator.az xəbər verir ki, bu barədə o, rusiyalı hüquqşünas və jurnalist Mark Feyqinlə söhbətində danışıb.

O, məlumat verib ki, "qismən səfərbər edilən" ehtiyatda olan Rusiya hərbi qulluqçularının ilk partiyası "Svatovo rayonunda, Xarkov vilayətində ilk bölmələrdəki boşluğu təcili olaraq doldurmaq üçün göndərilib".

Arestoviçin dəyərləndirməsinə görə, yeni çağırılanların əsas kütləsi "iki həftədən sonra cərgəyə düzüləcək" və Rusiyanın ilk kömplektləşdirmə dalğası 80-90 min təşkil edəcək.

O, güman edir ki, bu günlər səfərbər edilən hərbi qulluqçular praktiki olaraq hərbi hazırlıq keçməyəcək. Nəzərdə tutulan 200 min çağırışçının hər birinin hərbi təlimlərdə bircə dəfə qumbara atması üçün 200 min qumbara tələb ediləcək.

"Onlar hətta müdaxilə qruplaşmasını da bərpa edə bilməyəcək. Onlar o zamandan daha da zəifləyib, biz daha çoxalıb, daha yaxşı təlim keçib, daha qəzəbli olub, qələbələr əldə edib, Qərb silahları almışıq. Ona görə də bu 90 min bizim üçün nə deməkdir ki? Sanki süngü üçün yağdır. Onlar, ümumiyyətlə, heç nə bacarmır", - Arestoviç deyib.

Rusiyada səfərbərliyin əsas say parametrləri gizli saxlanılır, amma Rusiyanın müdafiə naziri Sergey Şoyqu bu yaxınlarda müsahibələrinin birində təxminən 300 min nəfərin səfərbər edilməsinin planlaşdırıldığı barədə məlumat verib.

Sosial şəbəkələrdə hərbi komissarlıqların birində keçirilən təlimatlandırmanın videoçəkilişi dərc edilib.

Orada səfərbər edilənlərin cəbhəyə göndərilməzdən öncə iki həftəlik hazırlığından danışılır. Bu zaman Luqansk vilayətinin Svatovo məntəqəsinə və Xerson yaxınlığına çağırışdan sonra praktiki olaraq hazırlıqsız göndərilən rusiyalılardan məlumatlar daxil olub.

Rusiyada sentyabrın 21-də elan edilən qismən səfərbərlik Rusiya vətəndaşlarının kütləvi şəkildə xaricə qaçışına gətirib çıxarıb.

Məsələn, Avropa sərhəd idarəsinin məlumatına görə, Avropa İttifaqına son günlər ərzində 66 min Rusiya vətəndaşı daxil olub, Qazaxıstan hakimiyyəti isə Rusiyadan 98 min nəfərin ölkəyə daxil olması barədə məlumat yayıb.

XƏBƏR LENTİ