Məhkəmə hökmlərinin tanınması qaydası yenilənir

382 11-10-2022, 15:37 cemiyyet

Məhkəmə hökmlərinin tanınması qaydası yenilənirParlamentdə Cinayət Məcəlləsinə təklif edilən dəyişikliklər müzakirəyə çıxarılıb

Cinayət Məcəlləsində qanunla müəyyən edilmiş qaydada tanınmış xarici dövlətlərin məhkəmə hökmlərindən irəli gələn məhkumluğun cinayətlərin residivi zamanı və cəza təyin edilərkən nəzərə alınması qaydası müəyyən edilir.

AYNA xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən plenar iclasında Cinayət Məcəlləsinə təklif edilən dəyişikliklər müzakirəyə çıxarılıb.

Qanun layihəsi “Cinayət fəaliyyətindən əldə edilən gəlirlərin leqallaşdırılmasına, axtarışına, həbsinə, müsadirəsinə və terrorçuluğun maliyyələşdirilməsinə dair” Avropa Şurası Konvensiyasının 11-ci (əvvəlki qərarlar) maddəsinin icrası məqsədi ilə hazırlanıb. Konvensiyanın 11-ci maddəsinə əsasən, hər bir tərəf bu Konvensiyaya uyğun olaraq müəyyən edilmiş cinayət əməllərinə münasibətdə fiziki və ya hüquqi şəxsə qarşı Konvensiyanın digər tərəfində qəbul edilmiş yekun qərarların cəza təyin edərkən nəzərə alınmasını mümkün edən qanunvericilik və digər zəruri tədbirləri qəbul edir.

Eyni zamanda, bu layihədə əvvəllər barəsində cinayət-hüquqi tədbir tətbiq olunmuş hüquqi şəxsə yeni cinayətə görə cinayət-hüquqi tədbir təyin olunmasının mexanizmlərinin Cinayət Məcəlləsinə əlavə edilməsi təklif edilir.

Müzakirələrdən sonra layihə səsə qoyularaq, birinci oxunuşda qəbul edilib.

XƏBƏR LENTİ