“El Gücü " Beynəlxalq Humanitar Assosiasiyası Goranboyda "Dünyamızı Qaraltmayın!” adlı qızların təhsildən yayındırılması hallarına qarşı maarifləndirici görüş keçirib

329 10-10-2022, 20:49 cemiyyet

“El Gücü " Beynəlxalq Humanitar Assosiasiyası Goranboyda  "Dünyamızı Qaraltmayın!” adlı qızların təhsildən yayındırılması hallarına qarşı maarifləndirici görüş keçiribAzərbaycan Respublikasının Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Goranboy rayonunda 2022 - ci il oktyabr ayının 10 -da" El Gücü " Beynəlxalq Humanitar Assosiasiyası İçtimai Birliyinin xətti ilə "Dünyamızı Qaraltmayın! Qızların təhsildən yayındırılması hallarına qarşı maarifləndirici görüşlərin təşkili adlı layihə ilə bağlı təlim Goranboy rayon 1 nömrəli tam orta məktəbin akt zalında müəllimlərin və 11-ci -sinif şagirdlərinin iştirakı ilə keçirildi. Tədbirə başlamazdan əvvəl iştirakçılara layihənin mahiyyəti, məqsəd məramı ilə bağlı hazırlanmış buklet paylandı.
Tədbirdə "El Gücü " Beynəlxalq Humanitar Assosiasiyası İçtimai Birliyinin sədri , layihə rəhbəri Sara Məmmədova ,layihə rəhbərinin köməkçisi Elxan Babayev, layihənin eksperti Taleh Əliyev, Goranboy rayon İcra Hakimiyyətinin nümayəndəsi , Nicat Məmmədov, Goranbo rayon Təhsil Sektorunun nümayəndəsi Hicran Əhməd iştirak edirdilər . Təlimə başlamazdan əvvəl torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə canlarını fəda etmiş, qanları ilə tarix yazan Şəhidlərimizin unudulmaz əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, onların ruhuna rəhmət, qazilərimizə , yaralılarımıza Allahdan can sağlığı söylənildi. " El Gücü" Beynəlxalq Humanitar Assosiasiyası İctimai Birliyinin sədri Sara Məmmədova tədbir iştirakçılarına rəhbəri olduğu təşkilat, qalibi olduqları," Dünyamızı Qaraltmayın" adlı layihənin məqsədi ilə bağlı məlumat verdi .
Sonra keçiriləcək layihənin mahiyyəti, məqsəd - məramı haqda məlumat vermək üçün söz layihənin eksperti Taleh Əliyevə verildi.
Taleh Əliyev layihənin incəlikləri, mahiyyəti, faydası, məqsədi ilə bağlı iştirakçılara geniş ətraflı məlumat verdi.
Sonra layihə ətrafında öz fikirlərini bildirmək üçün söz qonaqlara verildi, maarifləndirici görüşdə iştirak edən müəllimlər layihə ətrafında öz fikirlərini bildirdilər və bir çox təkliflər irəli sürdülər.
Sonda layihənin rəhbəri Sara Məmmədova layihənin yüksək səviyyədə,səmərəli keçirilməsində dəstəyi olan Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbəri Aygün xanım Əliyeva başda olmaqla Agentliyin bütün əməkdaşlarına , Goranboy rayon İcra Hakimiyyətinin Başçısı cənab Məhərrəm Quliyev başda olmaqla İcra hakimiyyətinin bütün əməkdaşlarına , Gəncə-Daşkəsən Regionu üzrə Təhsil idarəsinin müdiri Anar Qədimalıyev başda olmaqla təhsilin bütün əməkdaşlarına , Goranboy rayon 1 nömrəli tam orta məktəbin direktoru Səidə xanım başda olmaqla məktəbin bütün əməkdaşlarına , tədbir iştirakçılarına. təşəkkür və minnətdarlığını bildirdi.
Goranboy rayonunda icra olunan layihə yüksək səviyyədə müvəffəqiyyətlə başa çatdı.

XƏBƏR LENTİ