Sağ, yoxsa sol böyrüüstə yatmaq faydalıdır?

471 20-10-2022, 10:50 cemiyyet

Sağ, yoxsa sol böyrüüstə yatmaq faydalıdır?"Ən düzgün və sağlam poza arxasıüstə, ən pis variant üzüqoyulu yatmaqdır..."

"Mədə reflyuksundan əziyyət çəkənlərə sol böyrüüstə yatmaq məsləhətdir..."

"Hamilə qadınlar da sol böyrüüstə yatmalıdır ki, qanın oksigenlə birgə ciftə maksimal axını təmin edilsin..."

"Apnoe problemi olanlar sağ böyrüüstə yatarsa, yüngüllük hiss edəcək..."

"Ürək çatışmazlığı olan pasientlər sağ böyrüüstə yatırlar..."

Bəzilərimiz üçün gecələr yuxu elementar vəzifədirsə, başqaları üçün gündəlik mübarizədir. Bunun səbəbləri küçədəki hava, yuxu gigiyenasının pozulması, düzgün olmayan qidalanma və hətta çarpayıda uzananda pozanız ola bilər.

Bəs hansı vəziyyətdə-sağ, yoxsa sol böyrüüstə yatmaq daha yaxşıdır? Bəlkə arxası üstə yatmaq məsləhətdir?

Moderator.az xəbər verir ki, bu barədə "Detaly" nəşri yazıb.

Ondan başlayaq ki, mədəmiz qarın boşluğundan sol tərəfdə yerləşir. Ona görə də sol böyrüüstə yatanda, onun möhtəviyyatı ağırlıq qüvvəsinin təsirindən böyük ehtimalla öz yerində qalacaq.

Əgər siz sağ böyrüüstə çevrilsəniz, mədənin yüksələn vəziyyəti reflyuks yaranması riskini artıracaq.

Qazoezofaqeal reflyuks mədə möhtəviyyatının geriyə, qida borusuna düşməsi deməkdir. Nəticədə yandırma hissi yaranır, insan xeyli diskomfort keçirir və hətta xora əmələ gələ bilər.

Yeri gəlmişkən, yuxudan öncə yeməmək tövsiyəsi bununla bağlıdır. Ona görə də əgər siz sağ böyrüüstə yatmağı xoşlayırsınızsa və bu zaman reflyuksdan əziyyət çəkirsinizsə, sol böyrüüstə yatmağa keçmək məsləhətdir.

Hamilə qadınlara gəldikdə, həkimlər onlara sol böyrüüstə yatmağı tövsiyə edir ki, uşaqlığın iri damarlara təzyiqinin qarşısı alınsın və qanın oksigenlə birlikdə ciftə maksimal axınını təmin etsin.

Sağ böyrüüstə yatmaq olarmı?

Mədə ilə bağlı müəyyən problemləri olanlar üçün sol böyrüüstə yatmaq faydalı hesab edilirsə, sağ böyrüüstə yatmaq apnoe kimi tənəffüs problemləri olanlar, yəni yatan zaman qısa müddətə tənəffüs almayanlar üçün yüngülləşmə deməkdir.

2011-ci ildə keçirilən tədqiqat insanın sağ və sol böyrüsstə yatmasının tənəffüsünə təsirini dəyərləndirib.

"Biz müəyyən etmişik ki, yuxu zamanı vəziyyətimiz apnoenin tezliyinə xeyli təsir edir, sağ böyrüüstə yatanda isə orta və ağır gedişi olan respirator əlamətlərinin tezliyini aşağı salır", - məqalə müəllifləri yazıb.

2018-ci ildə aparılan araşdırmada yuxu pozaları EKQ ilə öyrənilib. Nəticədə müəyyən edilib ki, ürək çatışmazlığı olan pasientlər sağ böyrüüstə yatmağa üstünlük verib. Alimlər güman edir ki, bu yolla insanda ürəyin işinin yaxşılaşması üçün özünümüdafiə mexanizmi işə düşür.

Arxası üstə, yoxsa üzüqoyulu yatmaq məsləhətdir?

Biz sağ və ya sol böyrüüstə yatmaqdan danışanda sağlamlıq vəziyyətindən asılı olaraq müxtəlif dəlillər yaranır. Lakin arxasıüstə və ya üzüqoyulu yatmaq arasında seçim edəndə cavab birmənalıdır.

Üzüqoyulu yatmaq bütün mümkün variantlardan ən pisidir, çünki gecələr onurğa assimmetrik vəziyyətə düşür və xroniki ağrılar törədə bilər. Boyun müəyyən tərəfə dönür, ona görə də bir tərəfdən boyun fəqərələri sıxılır, digər tərəfdən isə əzələlər uzanır.

Ortopedik olaraq boyun və yuxarı ətraflarda (çiyinlər, dirsəklər, ovuclar) ağrı ilə boyun və beldə ağrı arasında əlaqə var. Ona görə də yuxuda boynu neytral vəziyyətdə imkan daxilində çox saxlamaq vacibdir.

Üzüqoyulu yatmaq gözdaxili təzyiqi xeyli artırır, bu da qlaukoma, görmə sinirinin neyropatiyası və görmə ilə bağlı başqa problemlərin imkişaf riskini artırır. Bundan başqa, dəridə qırışların əmələ gəlmə riskini artırır.

Ən düzgün və sağlam poza arxasıüstə yatmaqdır, lakin hər adama uyğun olmaya bilər. Məsələn, xoruldayan adamlara tövsiyə edilmir, çünki ağırlıq qüvvəsi dilin əsasını tənəffüs yollarınadək uzadır və onları daraldır.

XƏBƏR LENTİ