Üç övladını öldürüb, intihar etdi

341 14-12-2022, 15:08 dunya

Üç övladını öldürüb, intihar etdiQazaxıstanda bir kişi əvvəlcə 3 uşağını, sonra isə özünü öldürüb.

Xeberdar.net xəbər verir ki, Manqistau vilayətində baş vermiş faciə ilə bağlı respublikanın Daxili İşlər Nazirliyinin mətbuat xidməti öz "Telegram" kanalında məlumat yayıb.

Bildirilir ki, dekabrın 11-də axşam saatlarında Münayli rayon polis şöbəsinə dörd cəsədin tapılması ilə bağlı zəng daxil olub. Hadisə yerinə gedən əməliyyat qrupu ölənlərin bir ailənin üzvləri - 38 yaşlı ata, həmçinin 8, 4 yaş və 10 aylıq uşaqlar olduğunu müəyyən edib.

Əlavə müayinələr göstərib ki, kişi əvvəlcə uşaqları öldürüb, sonra isə intihar edib.

Yoxlama zamanı o da məlum olub ki, faciə ailədəki münaqişə zəminində baş verib. Deyilənə görə, valideynlər boşanmağa hazırlaşırmışlar.

Kişinin həyat yoldaşına “öləcəyini və uşaqları özü ilə aparacağını” etiraf etdiyi səs yazısı da tapılıb.


Xeberdar.net

XƏBƏR LENTİ