Azərbaycan və Polşa iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə ediblər

275 16-02-2023, 20:31 siyaset

Azərbaycan və Polşa iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə ediblər

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov ölkəmizdə səfərdə olan Polşanın iqtisadi inkişaf və texnologiya nazirinin müavini Qjeqoj Pexoviakla görüşüb.

Oxu.Az xəbər verir ki, bu barədə nazir özünün “Twitter” hesabında yazıb.

“Polşanın iqtisadi inkişaf və texnologiya nazirinin müavini Qjeqoj Pexoviak ilə görüşdə ikitərəfli iqtisadi əlaqələrin mövcud vəziyyətinə dair fikir mübadiləsi apardıq, həmçinin əməkdaşlığımızın inkişaf perspektivlərini nəzərdən keçirdik”, - deyə o əlavə edib.

XƏBƏR LENTİ