Neft bahalaşıb

296 7-03-2023, 13:09 iqtisadiyyat

Neft bahalaşıbAzərbaycan neftinin qiyməti 88 dolları ötüb

Dünya birjalarında neft bahalaşıb. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,28 dollar artaraq 86,46 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,24 dollar bahalaşaraq 80,7 dollar təşkil edib.

Azərbaycan nefti də bahalaşıb. Belə ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,96 dollar artaraq 88,04 dollar olub.

Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin ötən il ərzində maksimum qiyməti martın 9-da (135,99 dollar) qeydə alınmışdı.

Müəllif: Ayna.az

XƏBƏR LENTİ