Putin Kremldə Bəşər Əsədi qəbul edib

197 15-03-2023, 18:57 dunya

Putin Kremldə Bəşər Əsədi qəbul edibRusiya Prezidenti Vladimir Putin və Suriya Prezident Bəşər Əsəd arasında görüş keçirilib.

APA-nın Moskva müxbirinin məlumatına görə, Kremldə keçirilən danışıqlarda Putin bildirib ki, Rusiya və Suriyanın birgə səyləri sayəsində beynəlxalq terrorizmlə mübarizədə mühüm uğurlar əldə edilib.

Rusiya prezidenti həmçinin əlavə edib ki, 2022-ci ildə ölkələr arasında ticarət dövriyyəsi 7% artıb.

Əsəd zəlzələlərin nəticələrinin aradan qaldırılmasına yardım etdiyinə görə Rusiya Federasiyasına təşəkkür edib. Suriya prezidenti əlavə edib ki, onun səfəri Rusiya ilə Suriya arasında münasibətlərdə yeni mərhələyə yol açacaq.

XƏBƏR LENTİ