ABŞ-ın Alabama ştatında baş verən atışmada 1 polis zabiti ölüb.
Bu barədə yerli polis idarəsindən bildirilib.
Əldə olunan məlumata görə, Alabama ştatının Hantsvill şəhərində baş vermiş hadisə nəticəsində daha bir polis əməkdaşı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Atışma zamanı hadisə yerində olan 1 qadın da yaralanıb, vəziyyəti qənaətbəxşdir.
Cinayətkar həbs edilib və həyatı üçün təhlükə yaratmayan xəsarətlə xəstəxanaya çatdırılıb.