Türkiyə Boğazlardan keçid qiymətini qaldırır

219 5-06-2023, 13:14 dunya

Türkiyə Boğazlardan keçid qiymətini qaldırırİyulun 1-dən Türkiyə hakimiyyəti İstanbul və Çanaqqala boğazından keçid haqqını 8,3% artıracaq. Ankara ilin sonuna qədər bundan əlavə 900 milyon dollar qazanc gözləyir.

Xeberdar.net-in məlumatına görə, bu barədə “Aydınlıq” qəzeti məlumat yayıb.

Qeyd olunur ki, rüsumların məbləği 1936-cı ildə boğazlarda naviqasiyanı tənzimləyən Montrö Konvensiyasının imzalanmasından bəri qızıl frankı əsasında hesablanır:

“Ötən ilin oktyabrında Türkiyə hakimiyyəti artıq ticarət gəmilərinin boğazlardan keçməsi üçün rüsumları 5 dəfə - 0,8 dollardan 4,08 dollara qaldırıb”.

Bildirilir ki, bundan sonra qiymət sabit qalmayacaq və hər il iyunun 1-dən etibarən Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyi tərəfindən yenilənəcək.

XƏBƏR LENTİ