Xarkova güclü zərbələr endirilir

118 6-06-2023, 06:41 dunya

Xarkova güclü zərbələr endirilirİyunun 5-də Xarkovda güclü partlayış səsləri eşidilib.

Xeberdar.net-in məlumatına görə, bu barədə məlumatı şəhərin meri İqor Terekov Teleqram kanalında təsdiqləyib.

Şəhər rəhbərinin sözlərinə görə, Xarkov rusların raket hücumuna məruz qalır:

"Xarkov raket hücumuna məruz qalır. Vətəndaşlar partlayış səslərini eşidirlər".

Xarkov vilayətinin rəhbəri Oleq Sinequbov şəhərin Slobodski və Şevçenkovski rayonlarında partlayışlar olduğunu bildirib:

"İlkin məlumatlara görə, S-300 raketləri ilə hücum edilib. Hazırda qurbanlar barədə məlumat yoxdur. Məlumatlar dəqiqləşdirilir".

XƏBƏR LENTİ