Rusiya təsdiqlədi: Bu əraziyə nəzarəti itirdik

118 6-06-2023, 06:43 dunya

Rusiya təsdiqlədi: Bu əraziyə nəzarəti itirdikRusiya ordusunun Belqorod vilayətinin sərhədyanı Novaya Tavoljanka qəsəbəsinə nəzarəti itirdiyi təsdiqlənib.

Xeberdar.net-in məlumatına görə,bu barədə məlumatı Belqorod qubernatoru Vyaçeslav Qladkov təsdiqləyib.

“Bu günə olan məlumata görə, hələ ki, ora daxil ola bilmərik. Rayon rəhbərinin hesabatına görə, 100-ə yaxın adamın orada olduğunu bilirəm. Ümid edirəm ki, vəziyyət dəyişən kimi biz əhalini kəndi tərk etməyə razı sala biləcəyik", - qubernator vurğulayıb.

Qeyd edək ki, daha öncə Rusiyanın Azadlığı Legionu Belqorod vilayətinə tam nəzarət etdikləri barədə video-görüntü yayıb.

XƏBƏR LENTİ