İstanbulda “Sarallar” olaraq tanınan mütəşəkkil cinayətkar qruplaşmanın lideri Ələddin İlyas Saral hava limanında polislər tərəfindən saxlanılıb.
Xeberdar.net-in Türkiyə mediasına istinadən məlumatına görə, onun ölkə xaricindən Türkiyəyə gələrkən tutulduğu bildirilib.
Qeyd edək ki, İlyas Saral haqqında bundan öncə həbs qərarı çıxarılıb.