Okeanda itən batiskafın oksigen ehtiyatı bitdi

361 22-06-2023, 17:37 dunya

Okeanda itən batiskafın oksigen ehtiyatı bitdi“Titanik”in batdığı yerə gedərkən iyunun 19-da itkin düşən "Titan" batiskafında oksigen ehtiyatı bitib.

Xeberdar.net-in məlumatına görə, batiskafın itməsindən sonra ABŞ rəsmiləri oradakı oksigen ehtiyatının cəmi 4 günə bəs edəcəyini vurğulamışdılar.

Bildirilib ki, ABŞ rəsmilərinin verdiyi müddət bu gün Bakı vaxtı ilə 14:30-da bitib. Lakin buna baxmayaraq, batiskafın axtarışları davam edir. Bu gün səhərdən etibarən ABŞ Sahil Mühafizə Xidməti 10 gəmi və bir neçə sualtı qayıqla axtarışların miqyasını artırmışdı. Axtarışlarda Kanadanın xilasetmə xidmətləri də iştirak edir.

Qeyd edək ki, 1912-ci ildə qəzaya uğrayan “Titanik” gəmisinin qalıqlarına tamaşa etmək üçün içərisində 5 nəfərin olduğu “Titan” batiskafı ilə əlaqə 45 dəqiqədən sonra kəsilmişdi. Batiskafda bir nəfər üçün səyahət qiyməti 250 min dollardır.

XƏBƏR LENTİ