Şok: Kılıçdaroğlunu 110 ilədək həbs gözləyir

260 22-06-2023, 21:28 dunya

Şok: Kılıçdaroğlunu 110 ilədək həbs gözləyirTürkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri, prezidentliyə keçmiş namizəd Kamal Kılıçdaroğlu ona qarşı müxtəlif zamanlarda qaldırılan 28 iddiadan dolayı yaxın günlərdə saxlanıla bilər.

Xeberdar.net-in məlumatına görə, bu barədə Türkiyənin “Cümhuriyyət” qəzeti məlumat yayıb.

Bildirilib ki, əvvəllər deputat kimi toxunulmazlığı səbəbindən bəzi işlərin icraatı dayandırılıb.

Siyasətçi, əsasən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ünvanına nalayiq ifadələr, təhqirlər işlətməsi səbəbindən ümumilikdə 110 ilədək müddətə həbs edilə bilər.

XƏBƏR LENTİ