Qaraçılar arasında kütləvi dava baş verdi

229 3-07-2023, 10:11 cemiyyet

Qaraçılar arasında kütləvi dava baş verdiXaçmazda məskunlaşan qaraçılar arasında dava düşüb, xəsarət alan var.

Axar.az-ın Report-a istinadən məlumatına görə, hadisə rayonun Vəl-vələ çay körpüsünün yatağında çadırlarda Yevlaxdan gələrək köçəri məskunlaşan qaraçılar arasında qeydə alınıb.

Belə ki, Yevlax rayon sakini 2001-ci il təvəlludlü Süleymanova Dilbər Siyasət qızı qonşu çadırda məskunlaşan qohumları ilə mübahisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ