Sabahın hava proqnozu

212 5-07-2023, 19:34 cemiyyet

Sabahın hava proqnozuBakıda 35 dərəcə isti gözlənilir

Azərbaycanda iyulun 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Xeberdar.net-ə verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

Gecə 20-25, gündüz 30-35 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 65-75%, gündüz 45-50% olacaq.

Rayonlarda hava əsasən yağmursuz keçəcək. Lakin gündüz Balakən-Şəki zonasının bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Gecə 21-26, gündüz 33-38, dağlarda gecə 11-16, gündüz 19-24 dərəcə isti olacaq.

XƏBƏR LENTİ