Bakı-Quba yolunda maşın aşıb

197 9-07-2023, 16:27 cemiyyet

Bakı-Quba yolunda maşın aşıb3 nəfər ölüb, 2 nəfər xəsarət alıb

Bakı-Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Xeberdar.net-in APA-ya istinadən verdiyi məlumata görə, hadisə magistralın Şabran rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Minik avtomobili yoldan çıxaraq aşıb. Qəza nəticəsində sürücü 1980-ci il təvəllüdlü Kamil Talışinski, 1999-cu il təvəllüdlü Əli Səfərov müxtəlif bədən xəsarətləri ilə Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Qəza nəticəsində 3 nəfər dünyasını dəyişib. Onlar 2006-cı il təvəllüdlü İsbat Səlimov, 1966-cı il təvəllüdlü Əliyev İlham Dağbəyi oğlu və 1979-cu il təvəllüdlü Məhərrəm Həsənovdur.

Faktla bağlı araşdırmalar davam etdirilir.

XƏBƏR LENTİ