“Direktor Sevər Ağayeva məni məcbur edirdi ki, xadimələrdən 50 manat pul yığım, bunun sübutu da var” - İTTİHAM VAR!

263 14-07-2023, 09:46 bolge / gundem

“Direktor Sevər Ağayeva məni məcbur edirdi ki, xadimələrdən 50 manat pul yığım, bunun sübutu da var” - İTTİHAM VAR!Lənkəran rayonu, Haftoni qəsəbə sakini Rüstəmov Hikmət Əlizadə oğlu tərəfindən "Hürriyyət" qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, əlində ciddi sübutları olmasına baxmayaraq, onun şikayətinə baxılmır:

"Mən, Rüstəmov Hikmət Əlizadə oğlu, yazaraq diqqətinizə çatdırıram ki, 9 ilə yaxın Haftoni qəsəbəsində, Soltan Əliyev adına məktəbdə işləmişəm. Məktəbin direktoru Ağayeva Sevər Adil qızının çirkin əməllərinə qarşı gəldiyim üçün, məni şərə salıb məktəbdən uzaqlaşdırdı. Halbuki, mənə şər-böhtan atanlar haqqında əlimdə yüzlərlə sübütüm var.

Mən Lənkəran rayonu Haftoni qəsəbə məktəbində təsərrüfat işləri üzrə direktor müavini işləmişəm. Direktorun korrupsiya əməllərinə etiraz etdiyim üçün işbirliyində olanlarla birləşərək, məni şərləyib işdən çıxartdılar.

Direktorun qardaşı Vüqar Məmmədov icra başçısı Taleh Qaraşovun müavini vəzifəsində işləyir deyə, o, Lənkəranda “at oynadır”. Başçının müavini Rəsilə xanım da onlara yardım edir. Məhkəmə, polis sanki mənim əlimdə heç bir sübütum yoxmuş kimi davranırlar.

12.07.2023-cü il tarixində yenidən məhkəmə olacaq. Belə fikirləşirəm ki, məni yenə şərləyib həbs etdirəcəklər. Bu səbəbdən, sizdən xahiş edirəm ki, mənim müraciətimi işıqlandırın.

Məni 12.03.2021-ci ildə işdən çıxarıblar, həmin vaxtdan etibarən bütün kamera görüntülərini siliblər. Rüşvət aldıqları açıq-aşkar idi. Hakimə və yaxud da heç bir polisə maraqlı deyil ki, kamera görüntüləri niyə silinib? 9 ildə oduna, təmirə, dəftərxanaya və s. üçün ayrılan vəsaitlər mənim imzam atılaraq mənimsənilib.

3 ildir işsizəm, 3 övladım var. Ailəmi dolandırmaqda çətinlik çəkirəm. Həmin direktorun əlimdə səs yazıları var, amma baxmırlar. Direktor Sevər Ağayeva məni məcbur edirdi ki, xadimələrdən 50 manat pul yığım. Əlimdə bunun sübutu da var. Üzümə durmağa qoyulan şəxslərdən biri olan Hüseynov Tofiq xadimə vəzifəsində olsa da, əslində, məktəbin bufetini 30 ildən artıqdır işlədən adamdır. Bütün bunlarla yanaşı, direktor hamilə xadimələrin pulunu da mənimsəyirdi. Bu qədər biabırçılığa göz yumulur, səbəb isə direktorun qardaşının başçının yanında işləməsidir”.

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.
“Direktor Sevər Ağayeva məni məcbur edirdi ki, xadimələrdən 50 manat pul yığım, bunun sübutu da var” - İTTİHAM VAR!
“Direktor Sevər Ağayeva məni məcbur edirdi ki, xadimələrdən 50 manat pul yığım, bunun sübutu da var” - İTTİHAM VAR!
“Direktor Sevər Ağayeva məni məcbur edirdi ki, xadimələrdən 50 manat pul yığım, bunun sübutu da var” - İTTİHAM VAR!
“Direktor Sevər Ağayeva məni məcbur edirdi ki, xadimələrdən 50 manat pul yığım, bunun sübutu da var” - İTTİHAM VAR!“Direktor Sevər Ağayeva məni məcbur edirdi ki, xadimələrdən 50 manat pul yığım, bunun sübutu da var” - İTTİHAM VAR!

XƏBƏR LENTİ