Estoniya 1.2 milyard avroluq sursat alır

294 16-07-2023, 15:35 dunya

Estoniya 1.2 milyard avroluq sursat alırEstoniya müdafiə naziri Hanno Pevkur 2024-cü ildən 2027-ci ilə qədər hərbi sektorun inkişafı planını təsdiqləyib. Plana əsasən yaxın dörd ildə 1,2 milyard avro dəyərində sursat alınacaq.

Xeberdar.net-in məlumatına görə, bu barədə Estoniya Müdafiə Nazirliyi məlumat yayıb.

“Hava hücumundan müdafiə sisteminin inkişafı üçün orta mənzilli raket sistemi, hava hücumu üçün döyüş sursatları alınacaq, manevr edə bilən piyada bölmələrinin mexanikləşdirilməsinə başlanacaq və hökumətin ötən il başlatdığı sursat ehtiyatlarının artırılması davam edəcək”, - məlumatda qeyd olunub.

XƏBƏR LENTİ