Sabahın hava proqnozu açıqlanıb

236 21-07-2023, 15:29 cemiyyet

Sabahın hava proqnozu açıqlanıbBakıda qısamüddətli yağış gözlənilir

Azərbaycanda iyulun 22-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Xeberdar.net-ə verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Əsasən səhər və axşam saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Gecə 20-25° isti, gündüz 29-34° isti olacaq.

Rayonlarda hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi şimal və qərb rayonlarında qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman. Şərq küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək. Gecə 20-25° isti, gündüz 33-38° isti , dağlarda gecə 11-16° isti, gündüz 17-22° isti olacaq.

XƏBƏR LENTİ