Oğuzda əkin sahəsində yanğın baş verdi

124 23-07-2023, 20:49 hadise

Oğuzda əkin sahəsində yanğın baş verdi18:20

Oğuz rayonunun Xaçmaz meşəbəyliyinin yaxınlığındakı əkin sahəsində yanğın hadisəsi baş verib.

Meşələrin İnkişafı Xidmətinin rəisi Cabbar Qəribov Xeberdar.net-ə bildirib ki, ETSN-in yerli qurumlarının, FHN -in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən yanğın məhdudlaşdırılıb və meşəyə keçməsinin qarşısı alınıb.

"Əkin sahəsinin fermer tərəfindən yandırılılması təsdiq olunarsa, fermerə ayrılan subsidiyanın dayandırılması üçün aidiyyəti qurumlara müraciət olunacaq", - C.Qəribov deyib.

Xidmət rəisi yanğın hadisələrinin baş verməməsi, meşə sahələrinin, təbiət ərazilərinin zərər görməməsi üçün vətəndaşları ehtiyatlı və diqqətli olmağa, yanğın təhlükəsizliyi qaydalarına olduqca ciddi əməl etməyə, məsuliyyəti hiss edərək yanğına şərait yaradan bütün hallardan çəkinməyə çağırıb.

***

Oğuz rayonunun Xaçmaz kəndi yaxınlığında doqquz hektar biçilmiş taxıl sahəsi və bir hektar sahədə kol-kos yanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən xəbərə görə, yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

XƏBƏR LENTİ