AB Ermənistan hökumətinə təbiət və dəqiq elmlər, eləcə də mühəndislik (STEM fənləri) üzrə məktəb laboratoriyaları üçün 32 milyon avro verəcək.
Xeberdar.net-in məlumatına görə, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
“Proqrama Göyçə, Vedi və Ağadərəsi rayonlarının bütün məktəbləri, eləcə də Zəngəzur vilayətinin Qafan şəhərindəki 13 məktəb - ümumilikdə isə 340-a yaxın məktəb daxil olacaq. Burada laboratoriyalar tikiləcək, müəllimlər qeyri-formal təhsil metodlarını əhatə edən yeni tədris metodikası üzrə yenidən hazırlaşacaqlar”, - məlumatda deyilir.