Türkiyədə güclü meşə yanğını başladı

256 6-08-2023, 19:17 dunya

Türkiyədə güclü meşə yanğını başladıTürkiyənin Hatay vilayətinin Antakya şəhərində meşə massivində güclü yanğın başlayıb.

Xeberdar.net-in məlumatına görə, bu barədə yerli media məlumat yayıb.

Bildirilib ki, yanğın Taxtakörpü rayonundakı meşə ərazisindən başlayıb.

Güclü külək səbəbindən yanğının söndürülməsi çətinləşir. Hazırda bölgədə hava temperaturunun 35 dərəcəyə qədər qalxdığı deyilir.

Bundan əlavə, sakinlərin meşələri yandıran bir neçə şəxs gördüyü barədə də məlumatlar yayılıb.

XƏBƏR LENTİ