Şəmkirdə avtomobil aşdı: ölən var

149 7-08-2023, 15:23 hadise

Şəmkirdə avtomobil aşdı: ölən varŞəmkir rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Xeberdar.net-in məlumatına görə, hadisə Şəmkir-Gədəbəy avtomobil yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

VAZ markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində, avtomobildə sərnişin qismində olan, 2007-ci il təvəllüdlü Elmir İbrahimov aldığı xəsarətdən dünyasını dəyişib. Sürücü Ramil Natiq oğlu Quliyev və daha bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ