Qatar relsdən çıxdı, yaralılar var

264 7-08-2023, 21:30 dunya

Qatar relsdən çıxdı, yaralılar varİsveçin paytaxtı Stokholmdan Sundsvall şəhərinə gedən sərnişin qatarı relsdən çıxıb.

Xeberdar.net-in məlumatına görə,bu barədə SVT telekanalı məlumat yayıb.

Məlumata görə, güclü yağış dəmir yolu xəttinin torpaq qatını yuyub aparıb, nəticədə də qatar relsdən çıxıb, 4 vaqondan ibarət qatarın iki vaqonu aşıb.

Qatarda 120 nəfər olub. Yaralıların olduğu bildirilib.

XƏBƏR LENTİ