İran daha bir ABŞ vətəndaşını həbs etdi

251 8-08-2023, 12:33 dunya

İran daha bir ABŞ vətəndaşını həbs etdiİran təhlükəsizlik məmurları ABŞ vətəndaşı olan qadını casusluq ittihamı ilə həbs ediblər.

Xeberdar.net-in məlumatına görə, bu barədə “Xorasan” qəzeti məlumat yayıb.

Məlumatda İran əsilli qadının əvvəllər Əfqanıstanda qeyri-hökumət təşkilatlarında işlədiyi bildirilib.

O, bir neçə həftə əvvəl həbs edilsə də, barəsində xəbər avqustun 7-də yayılıb.

ABŞ saxlanılan qadının azad olunacağı tarixə qədər İranla məhbus mübadiləsi sazişinin icrasını dayandırıb.

Qeyd edək ki, hazırda 5 ABŞ vətəndaşı İranda həbsdədir.

XƏBƏR LENTİ