Livanın müdafiə naziri Moris Slimin olduğu avtomobil Beyrutda silahlılar tərəfindən atəşə tutulub.
Xeberdar.net-in məlumatına görə, bu barədə MTV məlumat yayıb.
Məlumata görə, atəş zamanı müdafiə naziri xəsarət almayıb.
“Mənimlə hər şey qaydasındadır, sağ-salamatam və xəsarət almamışam”.
Bildirilib ki, güllələrdən biri nazir olduğu avtomobilin arxa şüşəsinə dəyib.