Ruslar Robotino və Urojaynoenin saxlanması üçün xeyli səylər, resurslar və şəxsi heyət sərf edib, ona görə də Ukraynanın bu ərazilərdə əldə etdiyi son uğurlar Rusiya müdafiəsinin deqradasiyasının göstəricisidir.
Xeberdar.net-in məlumatına görə,bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun hesabatında qeyd olunub.
Heabatda bildirilib ki, rusların əhəmiyyətli əməliyyat ehtiyatları yoxdur və Rusiyanın öz qüvvələrini çıxarmaq əvəzinə bu məntəqələri saxlamaq üçün intensiv səyləri o deməkdir ki, Ukrayna ordusu hücumdan əvvəl rus bölmələrini tamamilə zəiflədiblər:
“Bundan başqa, digər ərazilərdən də rus hərbi qüvvələrinin buraya gətirilməsi onu göstərir ki, Ukraynanın son hücumları əks-hücum başlayandan bəri rotasiya olmadan Zaporojye vilayətinin qərbini müdafiə edən Rusiya qüvvələrinin mövqelərini xeyli zəiflədib. Rusiyanın əməliyyat ehtiyatlarının olmaması o deməkdir ki, rus qoşunları cəbhənin bəzi sektorlarını digərlərinin hesabına gücləndirməli olacaq. Bu da ümumilikdə Rusiyanın müdafiə xətlərini zəiflədəcək və Ukrayna qüvvələrinə bundan istifadə etmək imkanı verəcək”.