Ermənilər təxribata cəhd etdi: Ordumuz tədbir gördü

375 19-08-2023, 17:19 cemiyyet

Ermənilər təxribata cəhd etdi: Ordumuz tədbir gördüAvqustun 19-u saat 16:00 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Xocalı rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında kənd təsərrüfatı işləri adı altında uzunmüddətli fortifikasiya qurğularını hazırlamağa cəhd göstəriblər.

Xeberdar.net-in məlumatına görə, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan mühəndis işləri dərhal dayandırılıb.