Pakistanda terror aktı törədilib, 13 nəfər ölüb

220 20-08-2023, 13:08 dunya

Pakistanda terror aktı törədilib, 13 nəfər ölübPakistanın şimal-qərbində törədilən terror aktı nəticəsində azı 13 nəfər ölüb, 2 nəfər yaralanıb. "Report" xəbər verir ki, bu barədə "Dawn" qəzeti polisə istinadən məlumat yayıb.

İnsident Əfqanıstanla sərhəd olan Xayber-Paxtunxva əyalətinin Şimali Vəziristan rayonunda qeydə alınıb.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, silahlılar ölkənin təhlükəsizlik qüvvələrinin karvanına zərbə endirmək niyyəti ilə yol kənarına bomba yerləşdiriblər.

XƏBƏR LENTİ