Ermənistanda 4.1 bal gücündə zəlzələ olub

205 21-08-2023, 19:39 dunya

Ermənistanda 4.1 bal gücündə zəlzələ olubZəlzələ Azərbaycanın sərhəd rayonlarında hiss edilib

Ermənistan-Azərbaycan sərhədi yaxınlığında zəlzələ olub. Xeberdar.net-in məlmatına görə,bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin İnformasiya Şöbəsinin müdiri Vüsalə Rafiqqızı bildirib.

Onun sözlərinə görə, maqnitudası 4,1 bal olan zəlzələ Ermənistan ərazisində olub və Azərbaycanın bir neçə rayonunda hiss edilib.

Zəlzələnin ocağı altı kilometr dərinlikdə yerləşib və Tovuz, Gədəbəy və digər həmsərhəd rayonlarda hiss edilib.

XƏBƏR LENTİ