İranda 60 nəfər Krım-Konqo qızdırması virusuna yoluxub - 3 nəfər ölüb

308 25-08-2023, 09:42 dunya

İranda 60 nəfər Krım-Konqo qızdırması virusuna yoluxub - 3 nəfər ölübİranda 60 nəfər Krım-Konqo qızdırması virusuna yoluxub, 3 nəfər ölüb.

"Report" İRNA-ya istinadən xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin heyvanlardan insanlara keçən xəstəliklərin profilaktikası və nəzarət qrupunun rəhbəri Məhəmmədrza Şirzadi deyib.

O bildirib ki, ölkədə 60 nəfər Krım-Konqo qızdırmasına yoluxub, bu xəstəlikdən 3 ölüm halı qeydə alınıb.

Qeyd edək ki, Krım-Konqo xəstəliyi İranda daha geniş yayılıb. Bu xəstəlik gənə dişləməsi, yoluxmuş heyvanların qanı və digər bioloji mayelərlə sıx təmas nəticəsində baş verir.

XƏBƏR LENTİ