Ata və qızını maşın vurdu: biri öldü

106 25-08-2023, 10:25 hadise

Ata və qızını maşın vurdu: biri öldüGəncə şəhərində ata və qızını avtomobil vurub, onlardan biri dünyasını dəyişib.

Xeberdar.net-in Report-a istinadən məlumatına görə, Gəncə şəhəri Atabəylər prospektində sürücü Füzuli Kərimov idarə etdiyi minik avtomobili ilə 1985-ci il təvəllüdlü Ceyhun Ələsgərov və onun 5 yaşlı qızı, 2018-ci il təvəllüdlü Mələk Ələsgərovanı vurub.

Müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilən piyadalardan M.Ələsgərova müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ