Ukrayna ordusu Rabotinodan Novoprokorovka və Oçeretuvat istiqamətində irəliləyir.
Xeberdar.net-in məlumatına görə, bunu Ukraynanın Tavriya əməliyyat-strateji qoşun qruplaşmasının spikeri Aleksandr Ştupun məlumat verib.
“Rusların bu istiqamətdə itkiləri çox böyükdür və onlar kifayət qədər xaotik hərəkət edərək təcili başqa yerlərdən əlavə qüvvələr gətirməyə məcburdurlar. Ukrayna Silahlı Qüvvələrinin irəliləməsini dayandırmağa artilleriya kifayət etmədiyi üçün rus komandanlığı hava hücumlarının sayını da artırıb”, - Ştupun bildirib.
Onun sözlərinə görə, Ukrayna ordusu Surovikin xəttinə yaxınlaşıb.