Hindistanda pirotexnika fabrikində partlayış olub, 7 nəfər ölüb

184 27-08-2023, 15:26 hadise / dunya

Hindistanda pirotexnika fabrikində partlayış olub, 7 nəfər ölübHindistanın Qərbi Benqal əyalətində qeyri-qanuni fəaliyyət göstərən pirotexnika fabrikində partlayış baş verib.

"Report" "Hindustan Times"a istinadən xəbər verir ki, ilkin məlumata görə, partlayışda 7 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.

Dövlət rəsmiləri ölənlərin sayının artmasından narahat olduqlarını bildiriblər.

Məlumata əsasən, Qərbi Benqal əyalətində qeyri-qanuni fəaliyyət göstərən pirotexnika fabriklərində partlayışlar tez-tez baş verir. Mayın 22-də əyalət hökuməti bu fabrikləri araşdırmaq üçün xüsusi komitə yaradıb.

XƏBƏR LENTİ