Bakıda yanğınla nəticələnən partlayış oldu

110 28-08-2023, 15:22 hadise

Bakıda yanğınla nəticələnən partlayış oldu14:45

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsində yerləşən fərdi yaşayış evində yanğınla nəticələnən partlayış baş verməsi barədə ilkin məlumat daxil olub.

Xeberdar.net-in məlumatına görə,bu barədə FHN məlumat yayıb.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

***

Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsində yerləşən fərdi yaşayış evində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə FHN-in Mətbuat Xidmətindən məlumat verilib.

XƏBƏR LENTİ