Sabunçu polisi əməliyyat keçirib

229 13-09-2023, 16:59 cemiyyet

Sabunçu polisi əməliyyat keçiribMaştağa sakinindən narkotik və “Makarov” aşkarlanıb

Maştağa sakinindən “Makarov” markalı tapança aşkarlanıb. Xeberdar.net-in məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan və odlu silah saxlayan əvvəllər məhkum olunmuş Maştağa qəsəbəsi sakini, 1974-cü il təvəllüdlü Eldar Babayev tutulub.

Ondan narkotik vasitə olan heroin, bir ədəd “Makarov” markalı tapançası, dörd ədəd patron və bir ədəd patron darağı aşkar edilib.

Faktla bağlı 14-cü Polis Şöbəsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinə göndərilib, araşdırmalar davam etdirilir.

XƏBƏR LENTİ