Almaniyadan Liviyaya 30 tonluq yardım...

182 14-09-2023, 21:34 dunya

Almaniyadan Liviyaya 30 tonluq yardım...Almaniya Hərbi Hava Qüvvələrinə məxsus iki yük təyyarəsi Liviyaya 30 ton humanitar yardım çatdıracaq.

Xeberdar.net-in məlumatına görə, bu barədə Almaniya Müdafiə Nazirliyi məlumat yayıb.

"Çəkisi 30 ton olan humanitar yardıma çadır, səyyar yataq, yorğan, döşək və elektrik generatorları daxildir", - məlumatda deyilir.

Qeyd edək ki, bundan əlavə Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi daşqınlardan zərər çəkmiş liviyalıların ehtiyacları üçün 4 milyon avro ayıracaq.

XƏBƏR LENTİ