İranda “Bəsic” qüvvələrinə hücum: 1 ölü, 3 yaralı

227 17-09-2023, 18:33 dunya

İranda “Bəsic” qüvvələrinə hücum: 1 ölü, 3 yaralıİranın Fars əyalətinin Nurabad şəhərində “Bəsic” birləşməsinin zabitlərinə silahlı hücum nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

Xeberdar.net-in məlumatına görə, bu barədə Fars əyalətinin rəhbərinin siyasi məsələlər üzrə müavini İsmayıl Kazal Sofli bildirib.

“İki naməlum şəxs “Bəsic” qüvvələrinin əməkdaşları istiqamətində nizamsız atəş açıb. Nəticədə bir zabit ölüb, 3 nəfər xəsarət alıb”, - Sofli deyib.

Onun sözlərinə görə, naməlum şəxslər hadisəni motosikletdə hərəkət edərək törədiblər. Şübhəli şəxslər hadisə yerindən qaçıblar.

Onların axtarışına başlanılıb.

XƏBƏR LENTİ