572-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı

32 18-09-2023, 19:14 dunya

572-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladıRusiya müharibənin 572-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Xeberdar.net-in məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 472 təyyarəsi, 249 helikopteri, 6865 PUA-sı, 437 zenit-raket kompleksi, 11 931 tank və digər zirehli texnikası, 1151 reaktiv yaylım atəş sistemi, 6426 artilleriya və minaatanı, 13 121 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.