Nyu Yorkda BMT Baş Assambleyasının illik toplantısında iştirak etmək üçün ABŞ-a səfər edən İbrahim Rəisi Amerika rəsmilərini təhdid edib.
Xeberdar.net-in əlumatıan görə, o, bu barədə jurnalistlərlə görüşündə danışıb.
Rəisi İranın ABŞ rəhbərlərindən qisas almaq təhdidləri ilə bağlı jurnalistlərin suallarına cavabında ABŞ-ın cinayətkar olduğunu deyib.
“Amerikanın cinayət əməllərinə göz yummaq və ya bağışlamaq olmaz. Cinayətkarlar törətdikləri cinayətlərə görə cəzalarını almalıdırlar”, - o, hədələyib.