Qarabağda qalan terrorçular kimlərdir?

49 28-09-2023, 12:50 cemiyyet

Qarabağda qalan terrorçular kimlərdir?Ruben Vardanyanın saxlanılmasından sonra erməni mətbuatı Qarabağda qalan separatçıların siyahısını təqdim edib.

Xeberdar.net
-in məlumatına görə,“Hraparak” nəşrinin məlumatına görə, Qarabağdan hələ də minlərlə insan, o cümlədən “dövlət məmurları” və hərbçilər qalmaqda davam edir.

Hazırda ləğv edilmiş qondarma rejimin keçmiş rəhbərləri Bako Saakyan, Arkadi Qukasyan və Araik Arutyunyan Qarabağdadır. Bundan başqa, separatçı-terrorçu silahlı qruplaşmanın keçmiş komandanları, “deputatlar”, separatçıların indiki rəhbəri Samvel Şahramanyan və qondarma “hökumətin” bütün üzvləri də Qarabağda qalıblar.

Qeyd edək ki, bu gün qondarma-terrorçu xunta özünü buraxdığını elan edib. Beləliklə, “dqr” artıq mövcud deyil!

XƏBƏR LENTİ