Qarabağda daha iki erməni hərbçinin meyiti tapılıb.
Xeberdar.net-in məlumatına görə, bu barədə Ermənistanın İctimai Televiziyası məlumat yayıb.
Bildirilib ki, meyitlər Ağdərənin Həsənriz kəndindəki döyüş mövqeyindən tapılıb.
Qeyd edək ki, Azərbaycan Ordusunun 19-20 sentyabrda keçirdiyi antiterror tədbirləri nəticəsində Qarabağdakı separatçı-terrorçu xunta təslim olub. 21 sentyabrdan antiterror tədbirlərinin keçirildiyi ərazilərdən erməni silahlıların meyitləri toplanır.