Doğma Yurda Qayıdış İctimai Birliyi 11.10.2023-cü ildə Azərbaycan Respublikası Qeyri - Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Ağdam Dövlət Sosial İqtisadi kollecində “Zəfərin qazanılmasında xalq, dövlət, ordu birliyinin əhəmiyyəti haqqında tədbirlərin təşkili” layihəsi çərçivəsində tədbir keçirdi. Tədbiri giriş sözü ilə İctimai Birliyin sədri Səməd Hətəmov açdı. Səməd Hətəmov layihənin icrasına yaratdığı şəraitə görə Azərbaycan Respublikası Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və Ağdam Dövlət Sosial İqtisadi kollecinin rəhbərliyinə minnətdarlığını bildirdi. Layihə rəhbəri II Vətən Müharibəsində Azərbaycan ordusunun qələbəsini şərtləndirən amillərdən danışdı. Sonra sözü kollecin şöbə müdiri Xaləddin Tağıyevə verdi. X.Tağıyev çıxışında Azərbaycan xalqının II Vətən müharibəsi zamanı arxa cəbhə ilə ön cəbhənin vəhdətinin düşmən üzərində qəti qələbənin qazanılmasında mühüm rol oynadığını tədbir işçirakçılarının diqqətinə çatdırdı. Daha sonra söz layihə rəhbərinin köməkçisi Qasım Həsənova verildi. Q.Həsənov Azərbaycan xalqının dövlətçilik tarixi, ordu-xalq birliynin tarixi üstünlüyü, bu birliyin uğurlu nəticələri haqqında danışdı. Sonda layihə çərçivəsində hazırlanmış “Vətən naminə” adlı sənədli film nümayiş olundu.
Doğma Yurda Qayıdış İctimai Birliyinin Mətbuat Xidməti
Xeberdar.net