Kürdəmirdə yaş yarımlıq körpə faciəvi şəkildə öldü

392 12-10-2023, 22:18 hadise

Kürdəmirdə yaş yarımlıq körpə faciəvi şəkildə öldüKürdəmirdə yaş yarımlıq körpə su maşınının altında qalaraq ölüb.

Xeberdar.net-in Report-a istinadən məlumatına görə, hadisə rayonun Yenikənd kəndində qeydə alınıb.

Belə ki, həyətyanı sahəyə içməli su gətirən QAZ-53 markalı su maşınının sürücüsü Sahib Sabir oğlu İsgəndərov avtomobili geriyə verərkən ehtiyatsızlıq edib və 2022-ci il təvəllüdlü Uğur Semral oğlu Bəkirovun üzərindən keçib. Azyaşlı elə hadisə yerindəcə dünyasını dəyişib.

Onun meyiti müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ